Abbas Hüseynov "Qarabağ"dan ayrıldıqdan sonra biznesə başladı

"Qarabağ"dan ayrılan Abbas Hüseynov sahibkarlıq fəaliyyətinə başlayıb. Sabiq futbolçu paytaxtda ət və yarımfabrikat məhsulları satır.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Abbas Hüseynov yeni biznesi haqqında danışır
Foto: Sportal.az

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Abbas Hüseynov futbol karyerasını başa vurduqdan sonra sahibkarlıqla məşğul olmağa başlayıb. Ağdam təmsilçisindən ayrılan 31 yaşlı keçmiş oyunçu diqqətini biznes sahəsinə yönəldib. Bu barədə Sportal.az məlumat yayıb.

Paytaxtda fəaliyyət göstərən və halal ət, ət məhsulları, həmçinin dondurulmuş yarımfabrikatların satışı həyata keçirilən "Meat Food" mağazası məhz sabiq futbolçuya məxsusdur.

Xatırladaq ki, Abbas Hüseynov 2017-ci ildən etibarən "Qarabağ" klubunun formasını geyinib. O, bu müddət ərzində Ağdam təmsilçisi ilə 7 dəfə Azərbaycan çempionu adını qazanıb, həmçinin 2 dəfə ölkə kubokunun qalibi olub. Tərəflər 2026-cı ilin oktyabr ayında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdilər.

Mənbə: Sportal.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər