Aden Makkarti Çempionlar Liqasında tarix yazdı
Sabahın müdafiəçisi Aden Makkarti Dortmundla oyunda qol vuraraq Çempionlar Liqasında fərqlənən səkkizinci Cənubi Afrika doğumlu futbolçu oldu. Komanda 1:2…

22 oktyabr 2026 — "Sabah"ın mərkəz müdafiəçisi Aden Makkarti UEFA Çempionlar Liqasında tarixə düşüb. Dortmund "Borussiya"sına qarşı keçirilən qarşılaşmada fərqlənən 22 yaşlı Cənubi Afrika doğumlu oyunçu turnirdə qol vuran səkkizinci futbolçu kimi qeydə alınıb.
Görüş "Sabah"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb; Makkartinin vurduğu qol klubdakı ilk rəsmi qoludur. Məlumata görə, müdafiəçi bu qarşılaşma ilə Çempionlar Liqasında üçüncü dəfə meydana çıxıb və əvvəllər "Kayzer Çifs"də çıxış edib.
Siyahıya görə, Çempionlar Liqasında fərqlənmiş Cənubi Afrika doğumlu futbolçular və onların qolları belədir: Benni Makkarti — 8, Dino Ndlovu — 4, Stiven Pienar — 2, Kuinton Forçun — 2, Bennet Mquni — 1, Nasif Morris — 1, Tulani Serero — 1, Aden Makkarti — 1.
Maraqlı məqam olaraq qeyd olunur ki, siyahıda yer alan Dino Ndlovu zamanında Azərbaycanın "Qarabağ" klubunda çıxış edib və Çempionlar Liqasının təsnifat mərhələlərində dörd qol vurub.
Mənbə: GettoSport
Çempionlar Liqası
Borussiya Dortmund
Sabah
Qarabağ


