AFFA D kateqoriyalı məşqçi kursunu Bayılda açdı

AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 20-də Bayıl Futbol İnkişaf Mərkəzində üçgünlük D kateqoriyalı məşqçi kursu başlayıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Bayılda D kateqoriyalı məşqçi kursunun iştirakçı və təlimçiləri
Foto: İdman.biz

20 oktyabr 2026 — AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursunun növbəti təlimlərinə oktyabrın 20-də Bayıldakı Futbol İnkişaf Mərkəzində start verilib.

Kursun açılışında AFFA-nın Futbol Layihələri şöbəsinin rəhbəri Fərid Nağdaliyev D kateqoriyalı məşqçi kurslarının mahiyyəti və əhəmiyyəti barədə danışıb. BFF-nin prezidenti Tahir Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. AFFA-nın təlimçisi İlham Əzizzadə kursa hazırlığın yüksək səviyyədə olduğunu qeyd edib, təşkilatçılara təşəkkürünü bildirib və yaradılan şəraitin tədrisin keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayıb.

AFFA tərəfindən qəbul edilmiş Futbolun İnkişaf Strategiyasına uyğun təşkil olunan üçgünlük kursa 25 nəfər cəlb edilib. Təlimlər AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır. Kursun əsas məqsədi iştirakçıların nəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək və gələcək məşqçilik fəaliyyətlərinə hazırlıqdır.

Kursun sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər