AFFA-da lisenziyalaşdırma mövsümünün açılışı oldu

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028 lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
AFFA-da lisenziyalaşdırma iclasının iştirakçıları
Foto: İdman.biz

Oktyabrın 15-də AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası baş tutub. Tədbirdə qurumun əməkdaşları ilə yanaşı, Misli Premyer Liqası, Birinci Liqa, İkinci Liqa və Qadınlar Super Liqasında mübarizə aparan klubların təmsilçiləri də qatılıblar.

Görüşü giriş sözü ilə açan Lisenziya və Qeydiyyat departamentinin rəisi Seymur Səlimli iştirakçıları salamlayaraq qarşıdakı mövsümdə onlara uğurlar arzulayıb.

Yığıncaq zamanı ötən mövsümün icmalı təqdim olunub, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş strukturu açıqlanıb. Eyni zamanda, rəsmi sənədlərdə və qaydalarda baş verən dəyişikliklər, eləcə də klubların qarşıdakı mərhələdə görməli olduğu işlər barədə ətraflı məlumat verilib.

Tədbirin yekun hissəsində klub nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər