Ahmet Çakar Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəli şərhçi və keçmiş hakim Ahmet Çakar da daxil olmaqla 31 türk vətəndaşını arzuolunmaz şəxs elan edərək ölkəyə…

21 oktyabr 2026 — Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəli məşhur idman şərhçisi və keçmiş futbol hakimi Ahmet Çakarın ölkə ərazisinə girişinin qadağan edildiyini açıqlayıb.
Məlumatda bildirilir ki, Ahmet Çakar da daxil olmaqla ümumilikdə 31 Türkiyə Respublikasının vətəndaşı Azərbaycan qanunvericiliyinə əsasən arzuolunmaz şəxs elan olunub və onların ölkəyə girişi məhdudlaşdırılıb.
Nazirlik qərarın səbəbi kimi həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformalarında Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı açıqlamalarını, hakimiyyətin zorla dəyişdirilməsi çağırışlarını, həmçinin dini radikalizm əsasında zorakılığa və dini nifrətə çağırışları göstərir.
Bəyannamədə vurğulanır ki, Azərbaycan Respublikasına qarşı çağırışlar və düşmənçiliyi təşviq edən fəaliyyətlərə qarşı müvafiq tədbirlərin görülməsi bundan sonra da davam edəcək.
Mənbə: GettoSport



