Aleksey Batırakovun Liverpul tərəfindən izlənildiyi bildirilir
Rusiyalı yarımmüdafiəçi Aleksey Batırakovun Liverpul skautlarının diqqət mərkəzində olduğu iddia edilir. Futbolçunun agenti məsələyə aydınlıq gətirib.

Rusiyalı yarımmüdafiəçi Aleksey Batırakovun İngiltərənin "Liverpul" klubunun skautları tərəfindən izlənildiyi iddia olunur. 21 yaşlı futbolçunun agenti Vladimir Kuzmiçev bu barədə yayılan məlumatlara münasibət bildirib. Bu barədə Offsideplus.az məlumat yayıb.
"Qalatasaray"ın "Ştutqart"a qarşı keçirdiyi Çempionlar Liqası matçında dubl edən Batırakovun çıxışı İngiltərə təmsilçisinin nümayəndələrinin diqqətini çəkib. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, "Liverpul" skautları oyunçunu daha yaxından izləmək məqsədilə "Qalatasaray" rəhbərliyindən xüsusi loje tələb ediblər.
Məsələni şərh edən Vladimir Kuzmiçev skautların həmin ərəfədə keçirilən "Liverpul" – "Fənərbağça" qarşılaşması üçün bölgədə olduqlarını istisna etməyib: "Bəlkə də onlar növbəti gün keçirilən "Liverpul" – "Fənərbağça" oyununa görə gəlmişdilər. Eyni zamanda Alekseyin oyununu da izləyə bilərdilər. Nə səbəbdən gəldiklərini dəqiq bilmirəm, amma onların Batırakovun çıxışını analiz etməsi mümkündür".
Agent futbolçunun mümkün transferi ilə bağlı tələsik qərarların verilməməli olduğunu vurğulayıb. O, Batırakovun hazırkı klubunda cəmi üç aydır çıxış etdiyini və hələlik yeni keçidlərdən danışmağın tez olduğunu qeyd edib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Liverpul
Qalatasaray
Fənərbaxça
Çempionlar Liqası


