Arçi Braun Bardakcıya sərt ifadələrlə çıxış etdi
Fenerbahçeli müdafiəçi Arçi Braun 26 oktyabr derbisində baş verən dava haqda danışaraq Abdülkərim Bardakcıya sərt ifadələr işlətdi və boynundakı izləri…

27 oktyabr 2026. Arçi Braun oktyabrın 26-da keçirilən derbidən sonra baş verən davaya münasibət bildirib. O, Fenerbahçenin oyununda qarşılaşmanın sonunda Abdülkərim Bardakcı ilə yaşanan qarşıdurmada rəqibə qarşı sərt ifadələr işlədib.
Braun bildirib ki, qarşıdurmaya komanda yoldaşı Matteo Genduzini müdafiə etmək üçün qatılıb: “Matçın sonunda Abdülkərim Genduzinin saçından tutdu. Mən də onu müdafiə etdim. Sonra boynuma qadın kimi cırmaq atdı. Qalatasarayda belə edirlər - insanları cırmaqlayır, qadınlar kimi saçlarından dartırlar. Amma problem deyil, bilirsiniz, onlar belə edirlər”. Futbolçu jurnalistlərə boynundakı izləri də göstərib.
Bardakcı isə qarşıdurmanı özünün başlamadığını qeyd edib: “Videoya baxsanız, ilk kimin hücum etdiyini görərsiniz”. Hər iki futbolçu final fitindən sonra baş verən dava səbəbindən qırmızı vərəqə ilə oyundan xaric edilib.
Xatırladaq ki, oktyabrın 26-da Türkiyə Super Liqasının doqquzuncu turunda Qalatasaray Fenerbahçeni 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Qalatasaray 22 xalla turnir cədvəlinin birinci, Fenerbahçe isə 16 xalla beşinci pillədə yer alıb.
Mənbə: GettoSport
Fənərbaxça
Qalatasaray
Türkiyə Super Liqası


