Arda Turan italiyalı hakimləri açıq tənqid etdi

Arda Turan 4 noyabr 2026-da Şaxtyorun UEFA Çempionlar Liqası qrup matçında Sportinq-ə 0:1 məğlubiyyətindən sonra italiyalı hakimlərin penaltiyi saymadığını…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Arda Turan matçdan sonra press-konfransda
Foto: Sportal.az

4 noyabr 2026 — Şaxtyor-un baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turunda Portuqaliyanın Sportinq klubuna 0:1 hesabı ilə uduzduqları matçdan sonra hakimlərə sərt reaksiya verib. Bu barədə Sportal.az məlumat yayıb.

Türkiyəli mütəxəssis görüşdən sonra bildirib ki, komandasına veriləli olan penalti təyin edilməyib və hakimlərin qərarlarında ədalətsizlik hiss olunur.

“Bizim oyunda isə, fikrimcə, eyni məqamı qiymətləndirərkən, onlar penalti təyin etməmək üçün bəhanə axtarırdılar. İkimiz də bilirik ki, bu, penaltidir. Onlar da bunu bilirlər. Amma mənə elə gəlir ki, italyan hakimlər hər şeyi bildiklərini düşünürlər.”

Arda Turan həmçinin rəqibi təbrik edib və komandasının oyunda müsbət məqamlarının olduğunu vurğulayıb: “Əvvəla, qələbə münasibətilə Sportinq-i təbrik edirəm... Məğlubiyyətə layiq olacaq dərəcədə pis oynadığımızı düşünmürəm.”

O, daha əvvəl meydandakı reaksiyalarına görə bir neçə dəfə ağır cəza aldığını xatırlayıb və buna görə enerjisini yalnız meydandakı işə yönəldəcəyini söyləyib: “Mən bunu dəyişə bilmərəm... Düzünü desəm, onlar utanmalıdırlar.”

Mənbə: Sportal.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər