Arda Turan Türkiyə millisi barədə qərarını açıqladı
Şaxtyor (Donetsk) baş məşqçisi Arda Turan Türkiyə millisi barədə adının hallanmasına münasibət bildirərək klubuna sədaqətini və hazırkı işinə fokuslandığını…

19 oktyabr 2026 — Ukraynanın Şaxtyor (Donetsk) klubunun baş məşqçisi Arda Turan Türkiyə milli komandası ilə bağlı müzakirələrə münasibət bildirib və hazırkı klubuna sədaqətini vurğulayıb.
39 yaşlı mütəxəssis ölkəsinin millisini çalışdırmağın onun üçün böyük əhəmiyyət daşıdığını etiraf edib, amma eyni zamanda Şaxtyor qarşısındakı məsuliyyəti önə çəkib. O bildirib ki, həm hisslər, həm də verilən sözlər onun üçün vacib amillərdir.
“Daha əvvəl də vurğuladığım kimi, bəzən verilən sözlər hisslərdən və qərarlardan daha böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, qeyd etdiyiniz hər iki amil mənim üçün son dərəcə vacibdir. Eyni zamanda, kluba sonsuz sədaqətim və bağlılığım hər zaman mənimlə olacaq.”
Turan həmçinin bütün diqqətini Şaxtyoradək fəaliyyətinə yönəltdiyini söyləyib: “Hazırda buradayam və Şaxtyor mənə güvəndiyi müddətdə klubuma xidmət etməyə hazıram”.
Türkiyə millisində baş məşqçi dəyişikliyi gündəmə gələndən sonra Turanın adı əsas namizədlər sırasında hallanıb və yerli mətbuat federasiya rəsmilərinin onunla danışıqlar apardığını yazıb. Lakin onun milli komandaya təyinatı hələ rəsmiləşməyib.
Mənbə: GettoSport
Türkiyə millisi
Şaxtyor Donetsk


