Arne Slot UEFA-nın texniki müşahidəçilər qrupuna qoşuldu
Arne Slot 2026/2027 mövsümü üçün UEFA-nın 36 nəfərlik texniki müşahidəçilər heyətinə daxil edilib; qrup Avropa kuboklarında taktiki təhlillər aparacaq.

12 oktyabr 2026 — İngiltərədə əvvəlki dönəmdə "Liverpul"u çalışdırmış niderlandlı mütəxəssis Arne Slot UEFA-nın 2026/2027-ci illər mövsümü üçün təşkil etdiyi texniki müşahidəçilər qrupuna təyin edilib. Qrup Avropa kuboklarında keçirilən oyunların taktiki tərəflərini, məşqçi qərarlarını və müasir futbol tendensiyalarını qiymətləndirəcək.
UEFA-nın bu heyəti ümumilikdə 36 mütəxəssisdən ibarətdir və onlar xüsusi statistik göstəricilər və video-materiallar əsasında rəsmi texniki hesabatlar hazırlayacaqlar. Arne Slotla yanaşı, qrupa daxil edilən digər tanınmış mütəxəssislər sırasında Erik ten Haq, Ule-Qunnar Sulşer, Qaret Sautqeyt, Tomas Frank və Rafael Benites də var.
Xatırlatma olaraq, Arne Slot bu ilin mayında "Liverpul"un baş məşqçi vəzifəsindən ayrılıb. O, 2024-cü ildən klubun sükanı arxasında olub və 2024/2025-ci illər mövsümündə Premyer Liqa çempionluğunu qazanıb.
Mənbə: GettoSport
Liverpul
Misli Premyer Liqa


