Arsen Venger FIFA prezidenti seçkilərinə qatılmayacaq
Arsen Venger və bir sıra digər futbol rəsmilərinin FIFA prezidentliyinə namizəd olmayacağı dəqiqləşib. Seçkilər 2027-ci il martın 18-də keçiriləcək.

Arsen Venger FIFA prezidentliyi uğrunda mübarizə aparmayacaq. "Arsenal"ın sabiq baş məşqçisinin qurumun hazırkı rəhbəri Gianni İnfantinoya rəqib olacağı barədə yayılan iddialar öz təsdiqini tapmayıb və onun namizədliyi rədd edilib.
Eyni qərar "Lion" klubunun prezidenti Mişel Kanq üçün də qüvvədədir. Bununla yanaşı, UEFA prezidenti Aleksander Çeferin, KONKAKAF rəhbəri Viktor Montaliani və Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti Salman bin İbrahim Əl-Xəlifə də seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.
Hazırda İnfantinonun rəqibləri FIFA-nın mövcud rəhbərliyin yenidən seçilməsi üçün bütün resurslardan istifadə etdiyini iddia edirlər. Avropa futbol rəsmiləri isə alternativ namizəd tapacaqlarına inandıqlarını vurğulayıblar. Mənbələrə görə, potensial rəqib öz namizədliyini son vaxta qədər gizli saxlayacaq ki, FIFA rəhbərliyi ona qarşı maneələr yaratmaq üçün kifayət qədər vaxt tapmasın.
Qeyd edək ki, FIFA prezidentliyinə seçkilər 2027-ci il martın 18-də baş tutacaq. Namizədlər öz ərizələrini cari il noyabrın 18-dək təqdim etməlidirlər.
Mənbə: GettoSport
Arsenal


