Asəf Çopurov UFC debütü öncəsi çəkiölçmədən keçdi

Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov UFC 333 turnirində debüt qarşılaşması öncəsi rəsmi çəkiölçmə mərhələsindən uğurla keçib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Asəf Çopurov UFC çəkiölçmə mərasimində
Foto: İdman.biz

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq UFC 333 turniri öncəsi döyüşçülərin rəsmi çəkiölçmə mərasimi baş tutub. Azərbaycan təmsilçisi Asəf Çopurov və onun avstraliyalı rəqibi Kolbi Tikness tərəzidən uğurla keçərək qarşılaşmaya hazır olduqlarını təsdiqləyiblər.

Hər iki idmançı 61,2 kq-lıq çəki kateqoriyasında müəyyənləşdirilmiş limiti tam yerinə yetirib. 24 yaşlı Çopurov bu döyüşlə UFC-də debüt edəcək. O, peşəkar qarışıq döyüş növlərində (MMA) keçirdiyi 11 görüşün hamısında qalib gəlib. Onun 27 yaşlı rəqibi Tikness isə karyerası ərzində doqquz qələbə qazanıb və bir dəfə məğlub olub.

Oktyabrın 24-də "Etihad Arena"da keçiriləcək UFC 333-ün əsas qarşılaşmasında Aleksandr Volkanovski ilə Movsar Yevloyev yarımyüngül çəkidə çempionluq kəməri uğrunda mübarizə aparacaqlar. Turnir çərçivəsində Petr Yan və Merab Dvalişvili arasında digər titul döyüşü də baş tutacaq.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər