GETTOSPORT

Asunsion Loriyente Bakıda Su İdmanı Federasiyasını ziyarət etdi

Avropa Avarçəkmə Federasiyasının prezidenti Asunsion Loriyente 10 oktyabr 2026-da Bakıdakı Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında olub və məşq…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Asunsion Loriyente Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunda məşqləri izləyir
Foto: İdman.biz

10 oktyabr 2026 — Avropa Avarçəkmə Federasiyasının prezidenti Asunsion Loriyente Bakıdakı Azərbaycan Su İdmanı Federasiyasının inzibati binasında qonaq olaraq federasiyanın fəaliyyəti barədə məlumat alıb.

Ziyarət çərçivəsində son illərdə beynəlxalq yarışlarda əldə edilmiş uğurlar, Azərbaycanda təşkil olunmuş avarçəkmə və kanoe üzrə Prezident Kuboku və Mingəçevir Reqatası beynəlxalq turnirləri, eləcə də su idmanı ilə bağlı inkişaf etdirilən növlər barədə məlumatlar təqdim edilib. Federasiya nümayəndələri fəaliyyət istiqamətlərini və keçirdikləri tədbirləri Loriyenteyə çatdırıblar.

Daha sonra Avropa Avarçəkmə Federasiyasının rəhbəri Bakı Avarçəkmə və Kanoe İdmanı Klubunun məşq bazasına baxış keçirib. Loriyente idmançıların açıq havada və trenajor alətlərində məşq prosesini izləyib.

Ziyarət sonunda Azərbaycan Su İdmanı Federasiyası adından Asunsion Loriyenteyə xatirə hədiyyəsi təqdim edilib.

Paylaş

Son xəbərlər