Ayzek Hacar paddokda azarkeşi itələdiyi üçün rəsmi xəbərdarlıq aldı

31 oktyabr 2026 — Paddokda azarkeşlə selfi zamanı onu iki dəfə itələdiyi görüntülənən Ayzek Hacar Beynəlxalq İdman Məcəlləsinin maddəsini pozduğu üçün…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Ayzek Hacar paddokda kasklı və komanda geyimində, azarkeşlərlə əhatə olunub
Foto: Kokpit.az

31 oktyabr 2026 — Cümə günü paddokda azarkeşi ilə selfi çəkdirmək istəyən şəxsi iki dəfə itələdiyi görüntülənən fransalı pilot Ayzek Hacar Beynəlxalq İdman Məcəlləsinin 12.2.1.l maddəsini pozmaqda təqsirli bilinib və ona rəsmi xəbərdarlıq verilib. Bu barədə Kokpit.az məlumat yayıb.

Stüardların qərarında bildirilib ki, 6 nömrəli bolidin pilotu və komanda nümayəndəsi dinlənilib, video sübutlar ətraflı araşdırılıb. Hacarın davranışı qayda pozuntusu hesab edilsə də, stüardlar hadisənin yüngülləşdirici hallarını nəzərə alaraq cəzanı xəbərdarlıqla məhdudlaşdırıblar.

Qərarda əsaslandırma belə izah olunub:

  • Pilot ilk sərbəst yürüşə gecikdiyini və gənc bir azarkeşlə şəkil çəkdirmək üçün dayandığı zaman başqa bir paddok qonağının ona aqressiv şəkildə yaxınlaşdığı bildirilib.
  • Pilotun arxasınca gələn yeganə mühafizə əməkdaşının müdaxilə edə bilmədiyi və onun şəxsi məkanının pozulduğu müəyyən edilib.
  • Pilot əvvəlcə əlini azarkeşin belinə qoyaraq onu özündən uzaq tutmağa çalışıb, daha sonra isə sağ qolu ilə həmin şəxsi kənara itələyib.
  • Stüardlar Hacarın reaksiyasını və paddokda ümumi təhlükəsizlik problemlərini nəzərə alıblar.

Qərərdə həmçinin qeyd olunub: “Pilot başqa bir şəxsin icazəsiz və son dərəcə aqressiv davranışına reaksiya verib. Pilot ilk sərbəst yürüşün başlanğıcına çatmaq üçün izdihamlı ərazidən keçməyə çalışıb. Pilotun yanında kifayət qədər mühafizə əməkdaşı olmayıb. Paddok qonağı pilotun razılığı olmadan onun şəxsi məkanına müdaxilə edib. Pilotların paddok ərazisində hərəkət edərkən üzləşdikləri ümumi təhlükəsizlik problemləri nəzərə alınıb.”

Mənbə: Kokpit.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər