Azərbaycan Atletika Federasiyası Lozannada konvensiyada iştirak etdi
24 oktyabr 2026-cı il — Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və nümayəndə heyəti Lozannada keçirilən Avropa Atletika Konvensiyasında…

24 oktyabr 2026 — İsveçrənin Lozanna şəhərində keçirilən 2026-ci il Avropa Atletika Konvensiyasında Azərbaycan Atletika Federasiyasının rəhbərliyi iştirak edib.
Tədbirdə Avropa Atletika Federasiyasının prezidenti Dobromir Karamarinovun iştirakı ilə Avropa ölkələrinin atletika federiyalarının nümayəndələri bir araya gəlib.
Konvensiya çərçivəsində təcrübə mübadiləsi, federasiyalar arasında əməkdaşlığın gücləndirilməsi və atletikanın inkişafı istiqamətində müzakirələr aparılıb.
Azərbaycanı tədbirdə federasiyanın prezidenti Cavid Qurbanov, idman işləri üzrə direktor Mariana Vasileva və baş katib Məhərrəm Sultanzadə təmsil ediblər.
Mənbə: GettoSport



