Azərbaycan cüdoçuları Düşənbə Qran-prisində tatamiyə çıxdı
25 oktyabr 2026 — Düşənbədə keçirilən gənclərarası Qran-prinin ikinci günündə Azərbaycanın beş cüdoçusu müxtəlif çəki dərəcələrində mübarizə aparıb.

25 oktyabr 2026 — Gənclər arasında Düşənbədə keçirilən Qran-prinin ikinci və yekun günündə Azərbaycanın beş cüdoçusu tatamiyə çıxıb. Yarış Beynəlxalq Cüdo Federasiyasının (IJF) proqramına uyğun olaraq kişilər 81, 90, 100 və +100 kq, qadınlar isə 70, 78 və +78 kq çəki dərəcələrində keçirilib.
Ölkəmizi bu gün Məhəmməd Ağakişiyev (81 kq), Əli Qazıməmmədov (90 kq), Davud Namazlı və Canpolad Əliyev (hər ikisi 100 kq) ilə Ramazan Əhmədov (+100 kq) təmsil edib.
Turnirin ilk günü millinin 12 üzvü tatamiyə çıxmışdı. Onlardan dörd atlet medal uğrunda döyüşə çıxmış, 57 kq-da Vüsalə Hacıyeva finala yüksələrək polşalı Emilia Bielavskaya ilə görüşdən sonra gümüş medal qazanmışdı. Eyni çəkidə Xədicə Qədəşova bürünc medal uğrunda görüşdə özbəkistanlı Maftuna Əhmədova üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
63 kq-da Hanna Zaytseva da bürünc medal əldə edib. Həmin çəkidə bürünc medal görüşünə çıxmış Nilgün Rzayeva isə fəxri kürsüyə yüksələ bilməyib.
Dünya Cüdo Turuna daxil olan yarışda 19 ölkədən 227 cüdoçu mübarizə aparır. Azərbaycan turnirdə ümumilikdə 17 idmançı ilə təmsil olunur.
Mənbə: GettoSport



