Azərbaycan cüdoçuları Düşənbədə Qran-pridə iştirak edəcək

Azərbaycan yığması oktyabrın 24-25-də Düşənbədə keçiriləcək gənclər Qran-pri turnirində 17 idmançı ilə çıxış edəcək.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Cüdoçular və məşqçilər Düşənbə Qran-pri üçün yola düşməyə hazırlaşır
Foto: Sportinfo.az

22 oktyabr 2026. Azərbaycan cüdoçuları Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turuna daxil edilən gənclər arasında ilk dəfə təşkil olunan Qran-pri turnirində oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə mübarizə aparacaqlar.

Turnirdə Azərbaycanı 17 idmançı – 10 oğlan və 7 qız təmsil edəcək. Yığmanı gənc oğlanların məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanların məşqçisi Nicat Şıxəlizadə, gənc qızların böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızların baş məşqçisi Elnur İsmayılov idarə edəcək.

Oğlanlar heyəti:

  • Anar Quliyev (60 kq)
  • Məhəmməd Rüstəmli (60 kq)
  • Əhməd Rüstəmov (66 kq)
  • Səlim Sultanov (73 kq)
  • Özqan Quliyev (73 kq)
  • Məhəmməd Ağakişiyev (81 kq)
  • Əli Qazıməmmədov (90 kq)
  • Davud Namazlı (100 kq)
  • Canpolad Əliyev (100 kq)
  • Ramazan Əhmədov (+100 kq)

Qızlar heyəti:

  • Nərgiz Əhmədova (48 kq)
  • Aysun Məmmədova (52 kq)
  • Nuranə Hacızadə (52 kq)
  • Xədicə Qədəşova (57 kq)
  • Vüsalə Hacıyeva (57 kq)
  • Hanna Zaytseva (63 kq)
  • Nilgün Rzayeva (63 kq)

Ümumilikdə gənclər Qran-prisində 19 ölkədən 234 cüdoçu — 147 oğlan və 87 qız mübarizə edəcək.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər