GETTOSPORT

Azərbaycan güləşçiləri Vladiqafqazda iki qızıl qazandı

Oktyabrın 10–11-də Vladiqafqazda keçirilən David Musulbes adına beynəlxalq turnirdə Azərbaycan U-15 komandası iki qızıl medal əldə edib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Vladiqafqazda güləş turnirində medal qazanmış azərbaycanlı yeniyetmə güləşçilər
Foto: İdman.biz

Oktyabrın 10–11-də Rusiyanın Vladiqafqaz şəhərində keçirilən David Musulbes adına beynəlxalq yeniyetmələr turnirində Azərbaycan sərbəst güləşçiləri iki qızıl medal qazanıblar.

Yarışda 15 ölkədən 16 yaşadək 300-dən artıq idmançı iştirak edib. Azərbaycanı U-15 yığması adından çıxış edən güləşçilər məşqçilər Emin Əzizov və Elşad Allahverdiyev tərəfindən hazırlanıblar.

85 kq çəki dərəcəsində Avropa çempionu Elvin Necəfzadə bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək turnirin qalibi olub. 44 kq-da Avropa mükafatçısı Cavanşir Süleymanov isə fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov da ədaləti təmin edən hakimlərdən olub.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər