Azərbaycan kamandan oxatma millisi İraqda yarışacaq

Oktyabrın 24-29-u Süleymaniyyədə keçiriləcək Asiya Kubokunun ikinci mərhələsində Azərbaycan kamandan oxatma millisi beş idmançı ilə təmsil olunacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Kamandan oxatma idmançıları yarış üçün hazırlıq zamanı
Foto: İdman.biz

21 oktyabr 2026, Çərşənbə. Azərbaycan kamandan oxatma millisi oktyabrın 24-29-u aralığında İraqın Süleymaniyyə şəhərində keçiriləcək "Asiya Kubokunun ikinci mərhələsi - dünya reytinq turniri"də iştirak edəcək.

Fedrasiyanın açıqlamasına görə, yarışda komandamızı beş idmançı təmsil edəcək. Millinin heyətinə Məhəmmədəli Əliyev, Yaylagül Ramazanova, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova və Aliyə Əliyeva daxil edilib.

İdmançılar açıq havada, 70 metr məsafədə recurve (klassik yay) növü üzrə fərdi, komanda və qarışıq komanda yarışlarında çıxış edəcəklər. Komandaya baş məşqçi Natiq Fazilov və məşqçi Roman Venqerov rəhbərlik edəcəklər.

Federasiya bildirir ki, dünya reytinq turniri idmançılara beynəlxalq rəqabət şəraitində çıxış etmək, təcrübə toplamaq və reytinq xallarını artırmaq baxımından önəmlidir.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər