Azərbaycan kapoeyraçıları Tallində altı medal qazandılar
Azərbaycanın yeniyetmə kapoeyraçıları Estoniyanın paytaxtı Tallində keçirilən beynəlxalq turnirdə üç qızıl, iki gümüş və bir bürünc medal əldə ediblər.
GettoSport redaksiyası••1 dəq oxu

Azərbaycanın yeniyetmələrdən ibarət kapoeyra yığması Estoniyanın paytaxtı Tallində təşkil olunan “Tallinn Cup” beynəlxalq turnirində uğurlu çıxış edib. Üç gün davam edən və 13 ölkənin idmançılarının qatıldığı yarışda təmsilçilərimiz ümumilikdə altı medal qazanıblar.
Azərbaycan Kapoeyra Federasiyasından verilən məlumata görə, idmançılarımız turniri üç qızıl, iki gümüş və bir bürünc mükafatla başa vurublar. Yarışın nəticələrinə əsasən, fərqlənən idmançıların siyahısı aşağıdakı kimidir:
- Adnan Cavadlı – qızıl medal (uşaqlar)
- Nizami Cavadlı – qızıl medal (uşaqlar)
- Amina Mirzəliyeva – qızıl medal (yeniyetmə qızlar)
- Yağmur İsmayılova – gümüş medal (yeniyetmə qızlar)
- Məhəmməd Rüstəmli – gümüş medal (kadet oğlanlar)
- Davud Əli – bürünc medal (kadet oğlanlar)
Mənbə: GettoSport



