Azərbaycan karateçiləri Tbilisi Open-2026-da 23 medal qazandılar
Azərbaycan karateçiləri Gürcüstanda keçirilən Tbilisi Open-2026 turnirində 9 qızıl, 2 gümüş və 12 bürünc olmaqla ümumilikdə 23 medal əldə ediblər.

17 noyabr 2026, Bakı. Azərbaycan karateçiləri Gürcüstanda keçirilən WKF müsabiqəsi Tbilisi Open-2026-da ümumilikdə 23 medal əldə ediblər. Bu barədə Sportinfo.az məlumat yayıb.
Azərbaycan Karate Federasiyasından bildirilib ki, Azərbaycan idmançıları yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc medal qazanıblar.
Turnir yeniyetmə, gənc və böyüklər kateqoriyalarında keçirilib və yeddi ölkədən təxminən 600 idmançını bir araya gətirib.
Azərbaycanı hakim briqadasından Mehman Əlirzayev və Murad Hacızadə də təmsil ediblər.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



