Azərbaycan kikboksçuları Daşkənddə 38 medal qazandılar
Oktyabrın 13–18-də Daşkənddə keçirilən WAKO Dünya Kubokunda Azərbaycan komandası 15 qızıl, 7 gümüş və 16 bürünc olmaqla ümumilikdə 38 medal qazanaraq komanda…

21 oktyabr 2026 — Oktyabrın 13–18-də Özbəkistanın Daşkənd şəhərində keçirilən WAKO Dünya Kubokunda Azərbaycan milli komandası ümumilikdə 38 medal qazanaraq komanda hesabında altıncı yerə layiq görülüb.
Yarışda 45 ölkədən 3043 nümayəndə, o cümlədən 2530 idmançı iştirak edib. Azərbaycan komandası 15 qızıl, 7 gümüş və 16 bürünc medal əldə edib.
Qızıl medal əldə edənlər:
- Məhəmməd İmanov (60 kq)
- Rafiq Babazadə (57 kq)
- Əli Mayılzadə (57 kq)
- Rafiq Əliyev (63,5 kq)
- Elmir Mirzəliyev (71 kq)
- Əli Əkbər (+91 kq)
- Rəsul Babazadə (51 kq)
- Firuz Vəliyev (74 kq)
- Rəsul Məhərrəmli (54 kq)
- İbrahim Süleymanlı (57 kq)
- Jasmin Amirova (52 kq)
- Nazpəri Cabbarova (48 kq)
- Yeganə Rəhimova (52 kq)
- Mübariz Səmədov (+69 kq)
- Aydan Mehdili (60 kq)
Gümüş medal əldə edənlər:
- Hüseyn Əmiri (45 kq)
- Amid Ağakişiyev (69 kq)
- Nurlan Cabbarov (51 kq)
- Həsən Nəsirov (60 kq)
- Nəzrin Qasımova (65 kq)
- Aydan Vəlizadə (48 kq)
Bürünc medal əldə edənlər (seçmə siyahı):
- Əli Qarayev (71 kq)
- Əli Cabbarzadə (60 kq)
- Ramin Əhmədov (48 kq)
- Raul Qarayev (57 kq)
- Ramiz Məmmədov (60 kq)
- Ayxan Qürbətli (63,5 kq)
- Elmir İbrahimov (63,5 kq)
- Sahib Mikayılzadə (67 kq)
- Nihad Hüseynov (69 kq)
- Nazlı Cəfərzadə (56 kq)
- Qurban Məhərrəmli (75 kq)
- Elmira Məmmədova (55 kq)
- Kamil Səmədov (81 kq)
Yarışın hakim heyətindən Elxan Əhmədov WAKO-nun “B” kateqoriyalı hakim statusunu, Məhəmməd Babayev isə “C” kateqoriyasını əldə edib.
Dünya Kuboku çərçivəsində təşkil olunmuş "KAT PRO" peşəkar döyüş gecəsində də Azərbaycan idmançıları uğurlu çıxış ediblər: Rafiq Babazadə və Məhəmməd İmanov Türkiyə və Özbəkistanı təmsil edən rəqiblərini məğlub edərək reytinq xallarını artırıblar. Hər iki idmançının şəxsi məşqçisi Hikmət Hacıyevdir.
Mənbə: GettoSport
Azərbaycan millisi


