Azərbaycan Kubokunda ikinci təsnifatın təqvimi bəlli oldu
Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin təqvimi açıqlanıb. Üç gün ərzində baş tutacaq 12 qarşılaşmanın vaxtı və məkanları müəyyənləşib.

Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsinin oyun cədvəli dəqiqləşib. Üç gün davam edəcək mərhələnin qarşılaşmaları 27, 28 və 29 oktyabr tarixlərində keçiriləcək.
İlk oyun günündə beş qarşılaşma baş tutacaq:
- 27 oktyabr
- 14:00. “Şimal” – “Araz-Naxçıvan” (Şamaxı şəhər stadionu)
- 14:00. “Marafon” – “Zaqatala” (“Marafon Arena”)
- 17:00. “Kür-Araz” – “Sumqayıt” (“SOCAR Polymer Arena”)
- 17:00. “Qəbələ” – “Mingəçevir” (Qəbələ şəhər stadionu)
- 18:00. “Səbail” – “Zirə” (“Bank Respublika Arena”)
Mərhələnin digər görüşləri isə növbəti iki gündə təşkil ediləcək:
- 28 oktyabr
- 14:00. “İmişli” – “Qaradağ Lökbatan” (Yevlax şəhər stadionu)
- 14:00. MOİK – “Şahdağ Qusar” (Binə qəsəbə stadionu)
- 14:00. “Hypers” – “Şamaxı” (Şamaxı şəhər stadionu)
- 16:00. “Şəfa” – “Ağstafa Gəncləri” (“SOCAR Polymer Arena”)
- 19:00. “Kəpəz” – “Baku Sportinq” (Gəncə şəhər stadionu)
- 29 oktyabr
- 14:00. “Xankəndi” – “Gəncəbasar” (Şamaxı OİK stadionu)
- 14:00. “Zəngəzur” – “Karvan Yevlax” (Binə qəsəbə stadionu)
Meydan sahiblərinin arenaları tələb olunan standartlara uyğun gəlmədiyi üçün “Şimal” – “Araz-Naxçıvan”, “Kür-Araz” – “Sumqayıt” və “Hypers” – “Şamaxı” matçları rəqib komandaların ev stadionlarında baş tutacaq. Əsasnaməyə əsasən, həmin qarşılaşmaların təşkilati öhdəliklərini nominal ev sahibləri yerinə yetirəcək. Alternativ meydança qismində “Bank Respublika Arena”nı göstərən “Səbail” isə həm kubok matçını, həm də Birinci Liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını bu məkanda keçirəcək.
Mərhələ çərçivəsində baş tutacaq dörd qarşılaşma televiziya vasitəsilə canlı yayımlanacaq, digər bütün görüşlər isə Peşəkar Futbol Liqasının yutub platformasındakı rəsmi kanalı ilə azarkeşlərə çatdırılacaq.
Mənbə: GettoSport
Azərbaycan Kuboku
Araz-Naxçıvan
Sumqayıt
Şamaxı
Səbail
Zirə
Kəpəz
Qəbələ
Birinci Liqa
İmişli
Gəncəbasar
Zaqatala
Şəfa
Baku Sportinq
Qaradağ Lökbatan


