Azərbaycan Peşəkar Boks Federasiyası rəhbərliyi yeniləndi
12 oktyabr 2026-da Azərbaycan Peşəkar Boks Federasiyasının rəhbərliyi dəyişdi: Vüsal Nəsirli prezident, Tural Mailov və İlkin Ağayev vitse-prezident seçildilər.

12 oktyabr 2026-cı il tarixində Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb. Federasiyanın prezidenti vəzifəsinə Vüsal Nəsirli, vitse-prezidentlərə isə Tural Mailov və İlkin Ağayev seçiliblər.
Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək və Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan verməkdir. Hazırlanacaq qısa, orta və uzunmüddətli inkişaf strategiyaları, təşkilati strukturun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi prioritetlər arasında göstərilir.
Federasiyanın planları arasında dünyanın nüfuzlu boks təşkilatları və promouterləri ilə əməkdaşlığın genişləndirilməsi, perspektivli idmançıların dəstəklənməsi və onların beynəlxalq yarışlarda iştirak imkanlarının artırılması xüsusi yer tutur.
Həmçinin irimiqyaslı peşəkar boks turnirlərinin Azərbaycanda təşkili, tanınmış idmançıların iştirakı ilə tədbirlərin keçirilməsi və ölkənin beynəlxalq boks mərkəzlərindən birinə çevrilməsi hədəflənir. Federasiya gənc istedadların üzə çıxarılması, onların peşəkar karyeraya hazırlanması və özəl sektorla əməkdaşlıq layihələri həyata keçirməyi planlaşdırır.
Yeni rəhbərlik federasiyanın fəaliyyətini dayanıqlı əsaslar üzərində qurmaqla Azərbaycan peşəkar boksunun beynəlxalq arenadakı mövqeyini gücləndirməyi əsas hədəf kimi müəyyən edib.
Mənbə: GettoSport



