Azərbaycan qarüstü polo Dünya Kubokuna ev sahibliyi edəcək
Azərbaycan fevralın 19-21-də Şahdağın qarlı meydanında ilk dəfə Snow Polo World Cup-ə ev sahibliyi edəcək; 4 ölkənin komandası mübarizə aparacaq.

23 oktyabr 2026. Fevralın 19-21, 2027 — Şahdağ, Azərbaycan.
Azərbaycan ilk dəfə olaraq qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Snow Polo World Cup Azerbaijan-2027 yarışları Şahdağın qarlı meydanında keçiriləcək.
Turnirdə dörd ölkədən komandalar mübarizə aparacaq: İsveçrənin Evviva Polo Club (St. Moritz), Avstriyanın Kitzbühel Polo Club, ABŞ-dən Aspen Polo Club və Azərbaycanı təmsil edən Land of Fire komandası meydana çıxacaq.
Yarış fevralın 19-dan 21-dək davam edəcək və təşkilatçılar sürət, dəqiqlik və komanda ruhunun ön planda olacağını bildiriblər. Proqram çərçivəsində atların gücü və oyunçuların qar üzərindəki performansı əsas diqqət mərkəzində olacaq.
Üç günlük tədbirin beynəlxalq polo ictimaiyyəti üçün əhəmiyyətli tamaşa olacağı və Şahdağın qış idman infrastrukturunun belə beynəlxalq yarışlara uyğunlaşdırıldığı vurğulanır.
Mənbə: GettoSport



