GETTOSPORT

Badminton yarışında dövlət qurumlarının qalibləri müəyyənləşdi

12 oktyabr 2026 — Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda kişilər və qadınlar kateqoriyalarının…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Badminton kortunda mükafatlandırılan dövlət qurumu nümayəndələri
Foto: İdman.biz

12 oktyabr 2026 — Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığında 1 saylı idman təmayüllü liseyin badminton zalında dövlət qurumlarının əməkdaşları arasında yarış keçirilib.

Yarışa 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın idmançı qatılıb. Turnirin nəticələrinə görə kişilər və qadınlar kateqoriyalarında ilk üçlük müəyyənləşib.

Kişilər:

  • 1-ci yer — Emil Təhməzov (Dövlət İmtahan Mərkəzi)
  • 2-ci yer — Cavid Əlizadə (Qida Təhlükəsizliyi Agentliyi)
  • 3-cü yer — İlqar Alqayev (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)

Qadınlar:

  • 1-ci yer — Səbinə İmaməliyeva (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)
  • 2-ci yer — Suğra Babayeva (Elm və Təhsil Nazirliyi)
  • 3-cü yer — Xəyalə Ağayeva (Fövqəladə Hallar Nazirliyi)

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər