BAKI Balıqçılar Klub Elazığda gümüş medal qazandı
Elazığ Hazar gölündə keçirilən III Beynəlxalq Hazar Sazan Kubokunda Azərbaycanı təmsil edən BAKI Balıqçılar Klubunun komandası 88,265 kq ilə ikinci oldu.

19 oktyabr 2026 — Türkiyənin Elazığ şəhərində Hazar gölündə təşkil olunan III Beynəlxalq Hazar Sazan Kubokunda Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) təmsilçisi BAKI Balıqçılar Klubunun komandası gümüş medal əldə edib.
Yeddi gün davam edən karpfişinq yarışında 48 komanda iştirak edib. Turnirdə Türkiyə, Almaniya, İran, Səudiyyə Ərəbistanı və Azərbaycan komandaları mübarizə aparıblar.
BAKI Balıqçılar Klubunu təmsil edən Azər Əliyev, Hüseyn Qeybi və Nihad Camalov ümumilikdə 12 sazan balığı tutaraq 88,265 kq nəticə göstəriblər. Komandanın TOP 5 göstəricisi üzrə ümumi çəkisi 52,580 kq olub və bu göstəricilər onlara yarışda ikinci pilləni və gümüş medalı qazandırıb.
AZSİF təşkilatın rəsmi məlumatına əsasən, turnirdə rəqabət gərgin şəraitdə keçib və iştirakçıların performansı müxtəlif ölkələrdən gələn komandalar arasında yaxın olub.
Mənbə: GettoSport



