Bakı Olimpiya Stadionu legionella ittihamını rədd etdi

Bakı Olimpiya Stadionu oktyabrın 20-də keçirilən Sabah–Borussiya Dortmund oyunundan sonra səsləndirilən legionella iddialarını laboratoriya analizləri ilə…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Bakı Olimpiya Stadionunun fasadı və idman arenası
Foto: Sportal.az

6 noyabr 2026. Bakı — Bakı Olimpiya Stadionu (BOS) oktyabrın 20-də keçirilmiş “Sabah” – “Borussiya Dortmund” oyunundan sonra qonaq komandanın səsləndirdiyi legionella ilə bağlı iddianı əsassız hesab edib və məsələ ilə əlaqədar yenidən götürülmüş su nümunələrinin analiz nəticələrini açıqlayıb. Bu barədə Sportal.az məlumat yayıb.

Arenanın sosial şəbəkə hesabında bildirilib ki, Borussiya nümayəndələrinin paltardəyişmə otaqlarındakı duşlardan istifadə etmədikləri və BOS-un su təchizatı sistemində legionella bakteriyasının ola biləcəyi barədə mətbuata verdiyi açıqlama heç bir mənbəyə və laborator analizə əsaslanmayıb. BOS su təchizatı sisteminin müvafiq keyfiyyət standartlarına cavab verdiyini və qüvvədə sertifikata malik olduqlarını vurğulayıb.

Stadion bildirir ki, məsələ ilə bağlı ictimaiyyətin əminliyini möhkəmləndirmək üçün BOS-dan yenidən götürülmüş su nümunələri müxtəlif laboratoriyalarda analiz edilib. “MediClub” Tibb Klinikası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mərkəzi Laboratoriyası tərəfindən aparılmış analizlər əvvəlki rəyin dəyişmədiyini göstərib və su təchizatı sistemində problem olmadığını təsdiqləyib.

Arena qeyd edib ki, cari mövsümdə burada məşqlər və oyunlar keçirmiş “Sabah” və “Slaviya Praqa” komandaları su ilə bağlı hər hansı irad bildirməyib. BOS-un paylaşımında da vurğulanır: “Borussiya Dortmund klubunun nümayəndəsi tərəfindən bu məsələ ilə əlaqədar səsləndirilmiş fikir əsassızdır, ‘Barselona’ isə mövzu ilə bağlı narahat olmaya bilər”.

Mənbə: Sportal.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər