Bakıda cüdoçular üçün kəmər dərəcələri imtahanı olacaq

Oktyabrın 23-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək. İştirak şərtləri və qeydiyyat qaydaları açıqlanıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Abşeron Olimpiya İdman Kompleksində cüdo məşqi
Foto: İdman.biz

Oktyabrın 23-də Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı təşkil olunacaq. Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı baş tutacaq imtahana ev sahibliyini Abşeron Olimpiya İdman Kompleksi edəcək.

Sınaqlarda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs qatla bilər. Namizədlər üçün kəmər seçimi onların yaşına uyğun şəkildə aparılacaq. İmtahanı müvəffəqiyyətlə başa vuran iştirakçılara ACF tərəfindən müvafiq kəmər və sertifikatlar veriləcək.

Qeyd edək ki, cari ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda mübarizə aparmasına icazə verilməyəcək. Ödənişli əsaslarla keçiriləcək imtahanda qeydiyyatdan keçmək istəyənlər təmsil etdikləri idman təşkilatları vasitəsilə və ya birbaşa Azərbaycan Cüdo Federasiyasına müraciət edə bilərlər.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər