Barselona baş məşqçisi Sabah oyunu öncə danışdı
Hans-Diter Flik Çempionlar Liqasında Sabah ilə keçiriləcək matç öncə fikirlərini bölüşərək komandanın əlavə motivasiyaya ehtiyacı olmadığını bildirib.

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Bakıda “Sabah”a qarşı keçiriləcək Çempionlar Liqası matçından əvvəl fikirlərini bölüşüb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Almaniyalı mütəxəssis komandasının turnirdəki qarşılaşmalara çıxarkən xüsusi motivasiyaya ehtiyac duymadığını vurğulayıb:
“Futbolçuların əlavə motivasiyaya ehtiyacı olduğunu düşünmürəm. Bu, Çempionlar Liqasıdır və onlara bu turnirdə oynamaq xoşdur.”
Rəqibin səviyyəsinə toxunan baş məşqçi “Sabah”ın turnirin debütantı kimi meydana çox motivasiyalı çıxacağını qeyd edib. Flik oyunçularından eyni əzmkarlığı və istəyi gözlədiyini əlavə edib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Barselona
Çempionlar Liqası
Sabah


