Barselona PSJ səfərinə üç müdafiəçi itkisi ilə yollanır

Barselona Çempionlar Liqasında PSJ ilə qarşılaşmaya Andreas Kristensen, Erik Qarsiya və Jül Kundedən məhrum şəkildə çıxacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Barselona futbolçuları məşq zamanı
Foto: İdman.biz

Barselona UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda PSJ ilə keçiriləcək səfər oyunu öncəsi ciddi itkilərlə üzləşib. Kataloniya təmsilçisi oktyabrın 20-də Parisdə baş tutacaq qarşılaşmada üç müdafiəçisinin xidmətindən məhrum olacaq.

Zədə səbəbindən Andreas Kristensen, Erik Qarsiya və Jül Kunde meydana çıxa bilməyəcəklər. Bud nahiyəsindən xəsarət alan Qarsiyanın təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Kunde isə topuğundakı zədə üzündən Fransa klubu ilə görüşü buraxacaq.

Kataloniyalıların heyətində müsbət xəbər də var. Betislə qarşılaşmada zərbə alaraq fasilədə əvəzlənən Gerard Martinin zədəsi ciddi olmayıb və onun PSJ ilə oyunun heyətinə daxil edilməsi təsdiqlənib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər