Barselona qış transferində fikir ayrılığına düşdü
Baş məşqçi Hans-Diter Flik və idman direktoru Deku qış transfer pəncərəsi barədə fərqli mövqedədir: birisi mərkəz müdafiəçisi istəyir, digəri sağ cinahı…

17 oktyabr 2026 — Barselonanın qış transfer pəncərəsi ilə bağlı daxildə fikir ayrılığı yaranıb. Baş məşqçi Hans-Diter Flik və klubun idman direktoru Deku gələn transfərlərdə fərqli prioritetlərə üstünlük verirlər.
Dekunun fikrincə, komandanın sağ cinah müdafiəsi gücləndirilməlidir. Onun transfer siyahısında İngiltərədən "Tottenhem"in futbolçusu Pedro Porro və "Liverpul"un oyunçusu Ceremi Frimponqun adı yer alır. Mənbə məlumatına görə, Deku bu mövqenin möhkəmləndirilməsinin vacib olduğunu hesab edir.
Baş məşqçi Flik isə sağ cinah müdafiəçiləri Jül Kunde və Erik Qarsiyanın çıxışından razıdır və qışda yeni mərkəz müdafiəçisinin alınmasını istəyir. Hər iki tərəf mövzu üzrə müzakirələri davam etdirir, lakin hələ ortaq qərara gəlməyiblər.
Klubun idman siyasətindəki bu mübahisə La Liqadakı uğurlu başlanğıcla — 8 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq etməsi fonunda baş verir. Həmçinin "Barselona" noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda Bakıda, Olimpiya stadionunda "Sabah"la qarşılaşacaq.
Mənbə: GettoSport
Barselona
Çempionlar Liqası
Sabah
Liverpul
La Liqa
Tottenhem
Jül Kunde


