Benzema Lyon-a qayıda bilməyib — səbəb müqavilə öhdəliyi
Kərim Benzemanın bu yay Əl-Hilaldan ayrıldıqdan sonra Lyon-a qayıtması niyə baş tutmadığı açıqlanıb: keçmiş agenti onun Səudiyyə müqaviləsinə bağlı olduğunu…

16 oktyabr 2026 — Kərim Benzemanın bu yay yetirməsi Lyon klubuna qayıtmasının mümkün olmamasının səbəbi onun Səudiyyə Ərəbistanı ilə bağladığı müqavilə öhdəlikləri olub.
Futbolçunun keçmiş agenti Kərim Cəziri RMC-yə bildirib ki, Benzema Əl-Hilaldan ayrıldıqdan sonra Lyon-a geri dönməyi ciddi şəkildə nəzərdən keçirib, lakin Səudiyyə Krallığı ilə olan razılaşması buna imkan verməyib.
Cəziri vurğulayıb: “Onun bu yay qayıtması mümkün deyildi, çünki Səudiyyə Ərəbistanı Krallığı ilə bağlanan müqaviləsi var. Ora onun şəhəri, komandası və klubudur.”
Lyon klubu da yetirməsini geri qaytarmaq imkanlarını araşdırsa da, futbolçunun mövcud öhdəlikləri razılaşma əldə olunmasına mane olub.
Qeyd olunur ki, Benzema Lyonun akademiyasında yetişib, 2009-cu ildə Real Madridə transfer olunub və İspaniya klubunda beş dəfə Çempionlar Liqasını qazanıb.
Mənbə: GettoSport
Əl-Hilal
Real Madrid
Çempionlar Liqası


