Borussiya Dortmund Bakıda paylaşımı ilə etirazlara səbəb oldu
Borussiya Dortmund Çempionlar Liqasındakı Sabah matçından sonra Bakıdan paylaşdığı videodakı təhlükəsizlik görüntüləri klub azarkeşləri arasında müzakirə…

24 oktyabr 2026 — Almaniya klubu Borussiya Dortmund Bakı Olimpiya Stadionunda keçirilən və Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda "Sabah"la oynanan matçdan sonra paytaxtımızdan hazırladıqları videoları sosial şəbəkədə yayımlayıb. Dortmund komandası qarşılaşmada 2:1 hesablı qələbə qazanıb.
Klubun paylaşdığı videolardan birində stadiona girişdə polislərin və Daxili Qoşun əməkdaşlarının sayı ön plana çıxarılıb və görüntüyə əlavə edilmiş başlıqda “Burada meydana daxil olanlara çox ciddi yanaşırlar” fikri yer alıb. Paylaşım həm Azərbaycanda, həm də klubun azarkeşləri arasında qınağa səbəb olub.
Müxtəlif sosial media istifadəçiləri və Borussiya tərəfdarları klubun təhlükəsizlik tədbirlərini istehza obyektinə çevirən məzmununu tənqid ediblər. Onların reaksiyalarından seçilmiş parçalar belədir:
“Əziz BVB, belə bir paylaşım edərək başqalarını ələ salmaq və özünüzü başqalarından üstün göstərməyə çalışmaq həyasızlıqdır! Mühafizəçilərin çoxluğu hörmət, qonaqpərvərlik və ciddiyyət nümayişidir”.
“BVB azarkeşi olaraq düşünürəm ki, BVB belə videolar paylaşmamalıdır. Sizə görə utanıram”.
“Belə bir şeyi kim paylaşır axı? Doğrudanmı bu gün buna ehtiyacımız var?”
Bir çox şərhlərdə klubdan matçın özü və komandanın oyununa diqqət yetirməsinin daha məqsədəuyğun olacağı vurğulanıb.
Mənbə: GettoSport
Borussiya Dortmund
Çempionlar Liqası
Sabah


