Borussiya duşlardan istifadədən imtina etdi, səbəb legionella qorxusu
Dortmund klubu Çempionlar Liqasının üçüncü turundan sonra Bakı Olimpiya Stadionunun duşlarından istifadə etməyib; klub legionella təhlükəsindən ehtiyatlanıb…

21 oktyabr 2026, Bakı. Almaniyanın Borussiya Dortmund komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Bakı təmsilçisi Sabahla keçirilən (2:1) oyundan sonra Bakı Olimpiya Stadionunun (BOS) duşlarından istifadə etməyib — klubun bu qərarının səbəbi stadionun su təchizatı sistemində legionella bakteriyalarının ola biləcəyindən ehtiyatlanmaqdır.
Bildirildiyinə görə, Dortmund rəhbərliyi oyunçuların sağlamlığını riskə atmamaq üçün stadion duşlarından imtina edib və futbolçuların oyundan sonra bərpa prosedurlarını və duş qəbulunu oteldəki spa zonasında həyata keçirməsi üçün əvvəldən bron etməyi seçib. Əsas narahatlıq su sistemlərində uzun müddət durğun qalmış sudan çoxalan legionella bakteriyalarının nəfəs yolu ilə yoluxma riski yaratması ilə bağlıdır.
Komandanın baş məşqçisi Niko Kovaç oyundan sonra futbolçulara stadion duşlarından istifadə etməməyi tövsiyə etdiklərini bildirib; idman direktor Ole Buk isə oteldəki duşların daha cəlbedici olduğunu qeyd edib.
Bakı Olimpiya Stadionunun ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin rəhbəri Firuz Abdulla isə həmin iddiaları təkzib edib. Abdulla stadionun su təchizatı və duş otaqlarında heç bir problemin olmadığını, həm isti, həm də soyuq suyun mövcud olduğunu, duş otaqlarının işlək vəziyyətdə olduğunu və arenanın bu il keçirilən sanitariya yoxlamalarından uğurla keçərək müvafiq sertifikat aldığını bildirib.
Firuz Abdulla diqqətə çatdırıb ki, oktyabrın 13-də BOS-da Praqanın Slavia ilə Sabah arasında keçirilən oyun zamanı da duş otaqları ilə bağlı hər hansı narahatlıq qeydə alınmayıb və legionella ilə bağlı yoluxma halı olmayıb. Bildirilir ki, Bild nəşri stadionda legionella aşkarlanmasını təsdiq edən sübut təqdim etməyib — söhbət alman klubunun ehtimal olunan təhlükə ilə bağlı narahatlığından gedir.
Mənbə: GettoSport
Borussiya Dortmund
Çempionlar Liqası


