Braziliya Ciu-Citsu Bakıda açıq turnir keçirildi
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə 27 oktyabr 2026-da Bakıda klublar və filiallar arasında açıq turnir keçirilib.

27 oktyabr 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin klubları və filialları arasında açıq turnir keçirildi.
Tədbirin gedişi və açılış
Tədbirin rəsmi açılışında əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi. Açılış mərasimində Birliyin sədri Taleh Həsənov iştirakçılara uğurlar arzuladı.
Braziliya Ciu-Cittu (BJJ) Azərbaycanın Prezidenti Aqil Acalov çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladı, yarışda qalib gələn idmançıların qarşıdan gələn beynəlxalq turnirdə iştirak edəcəklərindən danışdı və onlara qələbələr arzuladı. O, həmçinin dedi: "idman təkcə güc və sürət deyil, həm də yüksək nizam-intizam, iradə və xarakter nümayişidir."
İctimai Birliyin sədr müavini Anar Səfərov isə idmançılara öz potensiallarını tam göstərməyi və parlaq qələbələr qazanmağı arzu etdi. Daha sonra yarışlara start verildi.
Turnirdə respublikanın müxtəlif bölgələrindən olan klub və filialların idmançıları iştirak edib. Müsabiqə uşaq, yeniyetmə, gənc və böyüklər arasında, müxtəlif çəki dərəcələrində Braziliya Ciu-Cittu döyüş sənətinin Gİ versiyası üzrə təşkil olunmuşdu.
Mənbə: GettoSport



