Bridgestone Formula 1-ə 2029-cu ildə qayıtmaq üçün hazırlaşır

FIA-nın 2027-ci ildə elan edəcəyi tenderə Bridgestone daha güclü texnoloji və kommersiya təklifi ilə qatılmağa hazırlaşır; Pirelli ən azı 2028-ə qədər qalacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Formula 1 bolidi və təkər üzərində Bridgestone loqosu
Foto: Kokpit.az

27 oktyabr 2026, Çərşənbə axşamı. Bridgestone şirkəti 2029-cu ildə Formula 1-ə qayıtmaq niyyətində olduğunu və gələn tenderdə daha güclü texnoloji, biznes və kommersiya təklifilə iştirak etməyə hazırlaşdığını bildirilib.

Pirelli 2011-ci ildən bəri Formula 1-in eksklüziv təkər təchizatçısıdır. 2023-cü ildə tərəflər 2025–2027-ci illər üçün müqaviləni yeniləmiş, FIA isə ötən ilin iyulunda müqavilədəki seçim hüququndan istifadə edərək əməkdaşlığı daha bir mövsümə uzadaraq Pirelli təkərlərinin ən azı 2028-ci ilin sonunadək istifadə olunmasını təmin edib.

FIA-nın növbəti tenderinin 2027-ci ildə elan ediləcəyi gözlənilir. Mənbələrə görə, Bridgestone bu dəfə əvvəlkindən fərqli olaraq tenderə daha güclü texnoloji və kommersiya təklifi ilə hazırlaşır. Bundan başqa, tenderdə Hankook şirkətinin də iştirak edə biləcəyi qeyd olunur; Hankook indiyədək Formula 1 üçün təkər təchiz etməyib.

Bridgestone isə daha əvvəl — 1997–2010-cu illər arasında Formula 1 üçün təkər təmin etmişdi. Yeni tenderin nəticəsi və hansı təchizatçının seçiləcəyi 2027-ci ildəki prosedurlardan sonra dəqiqləşəcək.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər