Cek Qriliş Evertonun heyətindən kənarlaşdırıldı
İngiltərəli yarımmüdafiəçi Cek Qriliş intizamsızlıq səbəbindən Evertonun Liqa Kuboku görüşünün iştirak ərizəsinə daxil edilməyib.

İngiltərə yarımmüdafiəçisi Cek Qriliş intizamsızlıq səbəbindən "Everton"un İngiltərə Liqa Kubokunda "Nyukasl"la bazar günü keçirilən (3:1) oyunun iştirak ərizəsinə daxil edilməyib. O, "Mançester Siti"dən icarəyə götürülüb və klub intizam qaydalarını pozduğu üçün heyətdən kənarlaşdırılıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Mənbələr bildirir ki, Qriliş məşqi icazəsiz tərk edib. Ötən həftənin bazar ertəsi o, Londonda keçirilən Pride of Britain mükafatlandırma mərasimində iştirak edərək sonra dostları ilə karaoke klubuna gedib və səhərə qədər qalıb. Növbəti gün məşqdə olsa da, həmin axşam onu Liverpulda "Mucky Pup" adlı irland barında görüblər.
Barın arxa hissəsində Qrilişlə birlikdə "Everton"un qapıçısı Jordan Pikford və Tayler Diblinq, eləcə də "Bernli"nin müdafiəçisi Kayl Uokerin də olduğu, onlar orada "PSJ"–"Barselona" oyununu izləyib və içki qəbul etdikləri bildirilir. Mənbələr həmçinin qeyd edirlər ki, çərşənbə günü komandaya istirahət günü verilmişdi.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Cek Qriliş
Barselona
Mançester Siti
Liverpul
PSJ
Nyukasl


