Cennaro Qattuzoya Latsio yeni müqavilə təklif edəcək
Latsio prezidenti Klaudio Lotito baş məşqçi Cennaro Qattuzonun işi ilə razıdır və ona 2029-cu ilin yayına qədər yeni, maaşı artırılmış müqavilə təklif etməyi…

24 noyabr 2026 — Roma təmsilçisi Latsio baş məşqçisi Cennaro Qattuzonun işi ilə razılaşdığı üçün ona yeni müqavilə təklif etməyi planlaşdırır. Klub prezidenti Klaudio Lotito bu addımı mütəxəssisin rəhbərliyi altında komandanın inkişafını təmin etmək niyyəti ilə əsaslandırır. Bu barədə Sportinfo.az məlumat yayıb.
Klub rəhbərliyinin qərarına əsasən, Qattuzoya təklif olunacaq yeni sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulur. Hazırda 48 yaşlı çalışdırıcının bonuslar nəzərə alınmadan illik maaşı 1,2 milyon avrodur və razılaşma halında bu məbləğin təxminən iki dəfə artırılması planlaşdırılır.
Rəhbərlik bu addımı Qattuzonun işi ilə davamlı əməkdaşlıq və komandanın uzunmüddətli inkişafı məqsədilə atıldığını bildirir.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



