Corc Rassell: Ostində daha çox işləməliyik
Britaniyalı sürücü Corc Rassell Ostində sərbəst məşqləri beşinci sırada tamamlayıb, sürətli dövrələrdə potensialının qaldığını və komanda ilə daha çox…

24 oktyabr 2026 — Corc Rassell Austin trasında keçirilən sərbəst yürüşləri beşinci yerdə başa vurub və bolidin sürətini artırmaq üçün komandası ilə daha çox işləməli olduqlarını bildirib.
Rassell deyib ki, birinci sərbəst yürüş istədikləri kimi getməyib, lakin ikinci sessiyada bir çox problemləri həll edərək bolidin davranışını xeyli yaxşılaşdırıblar. Britaniyalı pilot sürətli dövrələrdə boliddən maksimum nəticə ala bilmədiyini vurğulayıb.
O, bir dövrəsinin trasın sərhədlərini pozduğu üçün ləğv edildiyini və növbəti cəhdində birinci sektorda təhlükəli vəziyyətlə üzləşdiyini bildirib. Buna görə daha sürətli dövrə vurmaq potensialının qaldığını söyləyib.
Rassell həmçinin qeyd edib ki, həftəsonu başlamazdan əvvəl ilk dörd komanda arasındakı fərqlər çox azdır və ön sıralarda mübarizə aparmaq üçün sabaha qədər sürətlərini artırmalı, həmçinin sıralanma turunu və yarışı yaxşı keçirməlidirlər.
Corc Rassell: “Məhsuldar gün oldu və texniki yenilikləri qiymətləndirmək üzərində işləməyə davam etdik. Birinci sərbəst yürüş istədiyimiz kimi keçmədi, amma ikinci sessiyada bir çox problemi həll etdik və bolidin davranışı xeyli yaxşılaşdı. Bununla belə, xüsusilə cümə günü bəzi rəqiblərimizin nə qədər sürətli olduğunu nəzərə alsaq, hələ çox iş görməliyik.”
Mənbə: GettoSport



