Çorum FK Burak Yılmazla ardıcıl ikinci qələbəsini qazandı

Türkiyə Superliqasının VIII turunda Çorum FK Çaykur Rizesporu 2:1 hesabı ilə üstələyib. Burak Yılmaz yeni klubunda ardıcıl ikinci qələbəni qazanıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Çorum FK baş məşqçisi Burak Yılmaz texniki zonada
Foto: İdman.biz

Türkiyə Superliqasının VIII turu çərçivəsində "Çorum FK" doğma meydanda "Çaykur Rizespor" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Çorum Şəhər Stadionunda baş tutan görüşdə ilk qolu 32-ci dəqiqədə qonaq komandadan Laçi vurub. Meydan sahibləri bu qola 38-ci dəqiqədə Cengiz Ünderin səyləri ilə cavab verərək tarazlığı bərpa ediblər. Qarşılaşmanın taleyini isə 80-ci dəqiqədə Yussufa Mukokonun vurduğu qol müəyyənləşdirib.

Yeddinci turda Uğur Uçarı əvəzləyən baş məşqçi Burak Yılmaz yeni komandası ilə çıxdığı hər iki oyundan üç xalla ayrılıb. Bu nəticədən sonra səkkiz matçda dördüncü qələbəsini qazanan "Çorum FK" xallarının sayını 13-ə çatdıraraq 6-cı pillədə qərarlaşıb. Aktivində 10 xal olan "Çaykur Rizespor" isə 10-cu yerdə qalıb.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər