Coş Açemponq klubu ilə yeni müqavilədə razılığa gələ bilmir
Çelsi müdafiəçisi Coş Açemponq yeni müqavilənin şərtlərində razılığa gələ bilmədiyi üçün Real və Bayern marağını artırıb; klub transfer qiymətini 40-50 milyon…

2 noyabr 2026 — Çelsinin 20 yaşlı müdafiəçisi Coş Açemponq klubu ilə yeni müqavilənin şərtlərində razılığa gələ bilmir. Mövcud vəziyyət xarici mənbələrə görə Madridin Realı və Bayern Münhenin gənc futbolçuya marağını artırıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
London təmsilçisi müdafiəçisinin transfer qiymətini 40-50 milyon avro aralığında müəyyənləşdirib. Klub və futbolçu arasında təkliflər üzərində aparılan danışıqlar hələ yekunlaşmayıb.
Açemponq 2024-cü ildən Çelsidə çıxış edir və onun cari müqaviləsi 2029-cu il iyunun sonunda başa çatacaq. Transfermarkt portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Çelsi
Bavariya


