Devid Bekhem Çində NBA oyununu izləyib və Ceki Çanla görüşüb
Sabıq İngiltərə millisinin üzvü Devid Bekhem oktyabrın 11-də Çində keçirilən Dallas–Houston mövsümöncəsi oyununu tribunadan izləyib, Ceki Çan və Yao Minlə…

13 oktyabr 2026 — Sabıq İngiltərə millisinin futbolçusu Devid Bekhem oktyabrın 11-də Çində keçirilən NBA mövsümöncəsi oyunu tribunadan izləyib və tədbirdə aktyor Ceki Çan və əfsanəvi basketbolçu Yao Minlə görüşüb.
Oyun "Dallas Maveriks" və "Hyuston Rokets" komandaları arasında baş tutub və "Dallas" 132:115 hesabıyla qələbə qazanıb. Bekhem oyunu tribunadan izləyərkən çəkilən fotoları sosial şəbəkə hesablarında paylaşıb.
Bekhem Ceki Çanla olan şəklə belə yazıb:
“Əfsanəvi Ceki Çanla yenidən bir arada. Çində NBA oyunlarının ilk axşamı”.
Daha sonra o, Yao Minlə çəkdirdiyi fotoları da paylaşaraq bunları əlavə edib:
“Çində NBA oyunlarının son axşamı... Köhnə dostumu yenidən görməyə şad oldum”.
Paylaşımlarda həmçinin tədbirdən çəkilmiş müxtəlif anlar və Bekhemin tribunadakı görüntüləri yer alıb.
Mənbə: GettoSport
İngiltərə millisi


