Eddi Hau Kristal Pelasın təklifini qəbul etməyib
Nyukasl Yunaytedin sabiq baş məşqçisi Eddi Hau karyerasını Kristal Pelasda davam etdirməkdən imtina edərək daha iddialı təklifləri gözləyir.

"Nyukasl Yunayted"in sabiq baş məşqçisi Eddi Hau "Kristal Pelas" klubundan gələn təklifi rədd edib. London təmsilçisi rəhbərlikdə və texniki heyətdə etdiyi dəyişikliklərdən sonra boşalan baş məşqçi postuna ingilis mütəxəssisi gətirmək istəsə də, müsbət cavab ala bilməyib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Ötən yay "Nyukasl"dan ayrıldıqdan sonra bir müddət istirahət edən Hau, karyerasında növbəti addımı atmazdan əvvəl daha iddialı və böyük hədəfləri olan bir komandada çalışmaq niyyətindədir. Mütəxəssis hazırda orta səviyyəli klubların layihələrinə maraq göstərmir.
"Nyukasl"dakı fəaliyyəti ilə nüfuzunu artıran Eddi Hau, hazırda Avropanın və İngiltərənin bir sıra nəhəng klublarında baş verə biləcək dəyişiklikləri izləyir. Onun adı son aylarda çətin günlər keçirən bir neçə böyük komanda ilə də hallanır.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Nyukasl


