Elvin Cahangirli Ayın qolu mükafatını qazandı
İkinci Liqada çıxış edən Dinamo klubunun futbolçusu Elvin Cahangirli sentyabr ayının ən yaxşı qoluna görə mükafatlandırılıb.
GettoSport redaksiyası••1 dəq oxu

Futbol üzrə İkinci Liqada mübarizə aparan “Dinamo” kollektivinin üzvü Elvin Cahangirli fəxri mükafata layiq görülüb. Hücumçu “Ayın qolu” layihəsi çərçivəsində sentyabr ayında fərqləndiyi dəqiq zərbə ilə aylıq sorğunun qalibi olub.
Elvin Cahangirliyə xatirə mükafatı İkinci Liqanın yeddinci turu çərçivəsində baş tutan “Dinamo” – “Kür-Araz” qarşılaşmasından əvvəl təqdim edilib. Tədbir zamanı mükafat futbolçuya Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov tərəfindən təqdim olunub.
Mənbə: GettoSport



