Enzo Mareska Mançester Siti-nin məğlubiyyətini şərh etdi

Mançester Siti baş məşqçisi Enzo Mareska 8 noyabr 2026-də Nottingem Forest-ə 1:3 uduzduqları oyunu və komandasının uğursuz məqamlarnı şərh etdi.

Dumanlı Albion redaksiyası••1 dəq oxu
Paylaş
Enzo Mareska matçdan sonra mətbuat konfransında danışır
Foto: Offsideplus.az

8 noyabr 2026. Mançester Siti-nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasında Nottingem Forest-ə 1:3 hesabı ilə uduzduqları matçdan sonra komandasının çıxışını şərh edib. Bu barədə Offsideplus.az məlumat yayıb.

Mareska görüşün ilk hissəsində komandasının bütün ikili mübarizələri itirdiyini və intensivlik saxlamadıqlarını deyib. O bildirib ki, "Reaksiya vermək istəyəndə artıq gec idi."

Baş məşqçi hücum və mərkəz mübarizələrindəki problemləri misal gətirib: "Birinci qolda topu oynatmağa və hücum qurmağa çalışdıq, belə hallar futbolda olur. İkinci qolda mərkəz bölgəsində mübarizəni uduzduq. Üçüncü qolda isə onların cərimə meydançası kənarında mübarizəni itirdik."

Mareska həmçinin mövsümə yeddi qələbə ilə başlanıldığını xatırladıb və hazırda komandada ardıcıl üç məğlubiyyət olduğunu vurğulayıb. O, həm özünü, həm də oyunçuları bir-birilərini daha yaxşı tanımaq üçün vaxtın lazım olduğunu bildirib: "Bu oyunçuları əvvəllər tanımırdım, birlikdə cəmi 3-4 aydır çalışırıq. Mən onları, onlar isə məni daha yaxşı tanımalıdır. Bu isə vaxt tələb edir."

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər