Erlinq Holand Golden Boy mükafatının qalibi oldu

2026-cı ilin Golden Boy mükafatlarının sahibləri məlum olub. Mançester Siti-nin hücumçusu Erlinq Holand ilin futbolçusu seçilib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Erlinq Holand futbol meydançasında
Foto: Offsideplus.az

Noyabrın 9-da Golden Boy mükafatının müxtəlif nominasiyalar üzrə qalibləri elan edilib. İl ərzində göstərdiyi performansa görə "Mançester Siti" klubunun hücumçusu Erlinq Holand ilin futbolçusu adına layiq görülüb. Bu barədə Offsideplus.az məlumat yayıb.

Mükafatlandırma mərasimində digər sahələr üzrə də ən yaxşılar müəyyənləşib. "Barselona" klubunun prezidenti Joan Laporta ilin ən yaxşı prezidenti seçilib. "Arsenal" klubundan Andrea Berta isə ən yaxşı menecer mükafatına sahib çıxıb.

Agentlər arasında ən yüksək mükafat Jorje Mendəşə təqdim olunub. Qeyd edək ki, Mendəş Lamina Yamal, Kriştiano Ronaldo və Vitinya kimi tanınmış futbolçuların maraqlarını təmsil edir.

Avropanın ən yaxşı gənc oyunçusu kimi isə "Barselona"nın gənc istedadı Pau Kubarsi Golden Boy mükafatına layiq görülüb.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər