Fatimə Hüseynli və Məhəmmədəli Əliyev Superkubokun qalibi oldu
18 oktyabr 2026 — Azərbaycanda keçirilən ilk qarışıq kamandan oxatma Superkubokunda Fatimə Hüseynli və Məhəmmədəli Əliyev birinciliyi əldə etdilər.

18 oktyabr 2026 — Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən kamandan oxatma üzrə Superkubokun qalibləri müəyyənləşib. Yarış açıq havada, böyüklər kateqoriyasında və 70 metr məsafədə təşkil olunub.
Qadınların mübarizəsində Fatimə Hüseynli qızıl medal qazanıb; yaylagül Ramazanova gümüş, Lalə Əbdürəhmanova isə bürünc medala layiq görülüb. Kişilər arasında Məhəmmədəli Əliyev turniri qalib kimi başa vurub, Sərdar Vəliyev ikinci, Nurlan Rəhimli isə üçüncü yerə yüksəlib.
Turnirin maraqlı tərəfi odur ki, bu, Azərbaycan kamandan oxatma tarixində qadın və kişi idmançıların birlikdə kubok uğrunda yarışdığı ilk yarış olub; ümumilikdə ölkənin ən yüksək reytinqli səkkiz oxatanı mübarizə aparıb.
Yarışın yekununda mükafatlandırma mərasimi keçirilib. Medalları Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, nazirliyin Strateji Təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva və Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani təqdim ediblər. Federasiyanın baş katibi Fərid Xəlilov və milli komandanın baş məşqçisi Natiq Fazilov isə idmançılara xüsusi hədiyyələr veriblər.
Mənbə: GettoSport



