Feliks Nmeça üçün Dortmund 100 milyon avro qiymət qoydu

Mançester Yunayted-in qış transferində maraq göstərdiyi Feliks Nmeçanın qiyməti Dortmund tərəfindən 90–100 milyon avroya qoyulub; futbolçunun müqaviləsi 2030-a…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Feliks Nmeça sarı-qara Dortmund formasında
Foto: İdman.biz

20 oktyabr 2026 — Mançester Yunayted-in qış transfer pəncərəsində Borussia Dortmund və Almaniya millisinin yarımmüdafiəçisi Feliks Nmeçanı heyətinə qatmaq üçün maraqlı olduğu, Dortmundun isə futbolçuya 90–100 milyon avro qiymət qoyduğu bildirilir.

Məlumata görə, İngiltərə klubunun rəhbərliyi 26 yaşlı Nmeçanın yanvar transferində mümkün transferi üzərində artıq işə başlayıb. Borussia daha aşağı məbləğə yarımmüdafiəçisini satmaq niyyətində deyil.

Transfermarkt portalı Nmeçanın bazar dəyərini 65 milyon avro göstərir. Dortmundla futbolçunun müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Cari mövsümdə Niko Kovaçın rəhbərliyində Nmeça bütün turnirlər üzrə 10 oyuna çıxıb və 2 qol vurub.

Qeyd edək ki, Borussia Dortmund bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda Bakıda Sabah klubu ilə üz-üzə gəlir.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər