GETTOSPORT

Fərid Namazov "İmişli" baş məşqçi postundan ayrıldı

Azərbaycan Premyer Liqasında çıxış edən "İmişli" klubunda baş məşqçi Fərid Namazov istefaya göndərilib. Komanda 7 turda cəmi 4 xal toplayıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
İmişli klubunun loqosu və futbol meydançası
Foto: Sportal.az

Azərbaycan Premyer Liqasında mövsümün ilk dövrəsində baş məşqçi istefalarının sayı 3-ə çatıb. Turnir iştirakçılarından olan "İmişli"də Fərid Namazovla yollar ayrılıb.

Mövsümə ilk beşlikdə qərarlaşmaq hədəfi ilə başlayan bölgə təmsilçisi ilk 7 tur ərzində cəmi 4 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Klub rəhbərliyinin qarşıya qoyduğu yüksək iddialara baxmayaraq, komandanın heyət potensialı bu məqsədlərə çatmağa imkan verməyib və nəticədə gənc mütəxəssis istefaya göndərilib. Halbuki "İmişli" matçlardakı oyun planı baxımından pis təsir bağışlamırdı.

Qeyd edək ki, Fərid Namazov daha əvvəl bu komandanı Premyer Liqaya çıxaran mütəxəssis idi. Lakin həmin vaxt rəhbərlik onunla davam etmək istəməmiş, komandanı portuqaliyalı məşqçiyə etibar etmişdi. İkinci dəfə "İmişli"yə qayıdan baş məşqçi bu dəfə də birinci dövrəni belə başa vurmadan klubdan ayrılıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər